"Hər il deyirik ki, daha yaxşı olacaq. Mənə elə gəlir ki, daha da pis olur. Tamaşaçı kinoteatrdan küsüb".
Hafta.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Qapqara" layihəsində deyib. Aktyor kiçik büdcə ilə çəkdikləri filmlərin tənqid olunmasından danışıb:
"10 il aradan sonra öz büdcəmizə görə film çəkdik. Amma qınadılar. Yazdılar ki, müasir dövrdür, filan texnika ilə çəkirlər. Qardaş, biz öz büdcəmizlə çəkirik. 100-150 minə film çəkərlər? Biz edirik. Düşünürük ki, bəlkə nəsə nəticə əldə edərik və irəli gedərik. Kimsə deyər ki, bunlar istedadlıdır, dəstək olar. Amma çox çətindir. Qazanc yoxdur. Bu filmdə də qarşılığını ala bilmədik. Tamaşaçılar gəlmədi. Bayağı komediyalarla onları itirdik. Ortaya girən pandemiya işi daha da çətinləşdirdi. Kinomuz da belə getdi".
Müşviq aktyorların sosial şəbəkələrdə hansısa hərəkətlərinə görə gündəmə gələn şəxsləri parodiya etməsini qınayıb:
"İstəyirəm ki, ssenarist mənə əsər, müasir komediya ilə müraciət etsin. İndi Tiktok-da 5 gündür məşhur olan adamı parodiya edirlər. Niyə bunu səhnələşdirməlidirlər? Bunu aktyora yaraşdırmıram. Dəli-dəli hərəkətlər edən adamı milyonlarla adam izləyir və aktyorlar çıxıb onu parodiya edirlər".